“Azərbaycan bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən birincilər sırasındadır. Azərbaycan pandemiyanın sosial-iqtisadi təsirlərini minimallaşdırmaq üçün müqayisəli nisbətdə regionda ən böyük mailiyyə dəstəyi ayıran və onu icra edən ölkədir.”
Millət vəkili Tahir Mirkişili mayın 4-də keçirilmiş zirvə görüşü ilə bağlı bu fikirləri sğyləyib.
Qeyd edək ki,Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsiləkoronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib və görüşdə 40 a yaxın ölkənin dövlət və hökümət başçısı, xarici işlər nazirləri BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, ÜST-nın baş direktoru iştirak edib.