“Azərbaycan mətbuatında heç kim “168 saat”ın “6 xətt” rubrikasına bərabər bir rubrika təqdim edə bilməyib”

805

Vüsal Məmmədov: “Bir çoxunun bəyəndiyi Samir Sarı, Zamin Hacı olsa-olsa yaxşı yumor ustaları ola bilərlər”

“Azərbaycan mətbuatında heç kim “168 saat”ın “6 xətt” rubrikasına bərabər bir rubrika təqdim edə bilməyib”. Bu fikri “sumqayitxeber.com” saytına açıqlamasında “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov bildirib. Baş redaktor hesab edir ki, bu gün ölkə mediası yeni və maraqlı rubrikalar təqdim etməkdə olduqca çətinlik çəkir: “Qəzetlər demək olar ki, hamısı bir xəbəri, bir mövzunu eyni cür təqdim edir. Əgər ölkədə çıxan tutaq ki, 300 qəzetin 250-si bir-birini təkrar etməklə məşğuldursa onda bu qədər qəzet axı nəyə, kimə lazımdır?”
V.Məmmədovun qənaətincə qəzetlər maraqlı, orjinal rubrikaları ilə də oxucu diqqətini çəkə bilmirlər: “Bir çox qəzetlərdə köşə yazılarına xüsusi önəm verirlər. Ancaq köşə yazısı da rubrika deyil və bu yazılar da oxucuya istəniləni vermir. Nədənsə əksər köşə yazarları subyektiv fikirlərini oxucuya hökm kimi sırımaq əhval-ruhiyyəsindədirlər. Bir çoxunun bəyəndiyi Samir Sarı, Zamin Hacı olsa-olsa yaxşı yumor ustaları ola bilərlər. Həqiqət müqayisədə aşkarlanır – deyirlər, ancaq “168 saat”ın yazarı İmranı mən heç həmin köşə yazarları ilə müqayisə də etmək istəməzdim. Bu adamlara elə gəlir ki, onu-bunu lağa qoymaqla, təhqir etməklə sevilmək və ağıllı görünmək olar. Və yaxud artıq 10 yaşı olan “6 xətt” rubrikasındakı yazılarla köşə yazılarını bir tərəziyə necə qoymaq olar? Bu rubrika illərdir ki, oxucular tərəfindən rəğbətlə qarşılanır. Bir az təkkəbbürlü səslənsə də hesab edirəm ki, müstəqil Azərbaycan mətbuatında heç kim “168 saat”ın “6 xətt” rubrikasına bərabər bir rubrika təqdim edə bilməyib”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər