Azərbaycan prezidentini təhqir edən radio cəzalandırıldı – TÜRKİYƏDƏ

1229

Türkiyənin “Show Radio”sunun efirində yayımlanan “Matrax” proqramında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya qarşı təhqiramiz ifadələrə yol verildiyinə görə Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) adıçəkilən yayım şirkətini cərimələyərək, proqram yayımının 5 dəfə dayandırılması barədə qərar verib.

Lent.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  Azərbaycan prezidenti və xanımına qarşı təhqirlər Zəki Kayahan Coşkunun aparıcı olduğu “Matrax” proqramının 16 yanvar tarixində Türkiyə vaxtı ilə 22:00-01:00-də yayımında səsləndirilib.

Cərimənin məbləği isə şirkətin kommersiya gəlirlərinin 5 faizi miqdarında müəyyən edilib.

Qərara əsasən, eyni nöqsan 1 il  ərzində təkrarlanarsa, proqramın yayımı 10 dəfə dayandırılacaq. Oxşar vəziyyət bundan sonra da təkrarlanarsa, proqramın ləğv ediləcəyi bildirilir.

Qeyd edək ki, bu, RTÜK-ün tətbiq etdiyi ən ağır cəza hesab olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər