“Azərbaycan sosial dövlət modelini ortaya qoydu” – VƏKİL

1036

“Cənab Prezident hələ 2019-cu ilin sonlarında 2020-ci ilin sosial islahatlar ili olacağını bildirərək dövlət büdcənin həm sosial yönümlü, həm də investisiya yönümlü olmasına dair göstəriş verdi”.

Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib.

Vəkil bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət dövlətimizin timsalında gerçək bir sosial dövlət modelini ortaya çıxardı:

“Əhalinin işsiz təbəqələrinə iki ay müddətinə birdəfəlik sosial müavinətin verilməsi, bu müavinəti alacaq şəxslərin sayı əvvəlcə 200 min nəfər proqnozlaşdırılsa da, sonradan cənab Prezidentin göstərişi ilə 600 min nəfərə çatdırılması çox mühüm addımlardır. O cümlədən, 50 min ictimai iş yerlərinin açılması, işçilərin kütləvi ixtisarlarının qarşısını almaq və xüsusi karantin müddəti ərzində əmək haqlarının saxlanması üçün görülən tədbirlərin kortəbii şəkildə deyil, hüquqi və iqtisadi cəhətdən əsaslandırılmaqla, dayanıqlılığı təmin edən şəkildə həyata keçirilməsi buna əyani misallardır. Cənab İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını ianə etmələrini də xüsusi vurğulamaq lazımdır. Məhz bu təşəbbüsdən sonra ölkəmizdə yardımlaşma, xeyirxahlıq aksiyaları baş tutdu, sosial həmrəylik, sosial birlik meydana gəldi”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər