Azərbaycan Türkiyə vətəndaşlarına vizanı ləğv edib.
Bununla bağlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında məlumat yayıb.
“Cənab Prezident İlham Əliyevin cənab Prezidentimizə keçən həftə çatdırdığı kimi, sentyabrın 1-dən Azərbaycan türk vətəndaşlarına vizanı ləğv edir. “Bir millət, iki dövlət”ə yaraşan oldu”, – nazir qeyd edib.