Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, telefon danışığı zamanı koronavirusa qarşı görülən tədbirlər çərçivəsində yükdaşımaları xaric qarşılıqlı yol və hava nəqliyyatının müvəqqəti dayandırılması qərara alınıb.
Bundan əlavə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.