Azərbaycan xalqı Qarabağda əbədi yaşayacaq

728

Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində dövlət başıçısı adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. 24 dekabr 2021-ci ildəölkə başçımız vəmüzzəffər ali baş komandanımız işğaldan azad edilmiş Hadrut qəsəbəsi və Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində ən vacib məqamlardan biri də cənab Prezident İlham Əliyevin Xocavənd rayonu, Hadrut qəsəbəsində Komando hərbi birliyinin açılışını etməsi, yeni yaradılmış Komando birliyinin hərbi andını qəbul etdikdən sonra orada söylədiyi nitqidir.

Bu çıxış Azərbaycanın ordusunun peşəkarlığının gələcəkdə artırlacağına bir işarədir. Diqqəti çəkən məqamlardan biri də yeni yaradılan komando briqadasının məhz Hadrutda yaradılmasıdır. Sözsüz ki, burada əsas mesaj Ermənistana ünvanlanıb. Burada verilən mesaj ondan ibarətdir ki, Hadrutdan və Qarabağdan gözünüzü çəkin. Digər mesaj isə Azərbaycan torpaq məsələsində heçkimə güzəştə getməyəcəyi ilə bağlıdır. Bütün dünyaya nümayiş olundu ki, Azərbaycan ordusu ərazi bütövlüyünü istənilən gücdən qorumağa qadirdir. Bundan sonra nə ermənilər, nə də onların havadarları işğalçılıq niyyəti ilə Azərbaycana yaxınlaşa bilməyəcəklər. Ölkə başçısı qeyd etdi ki, belə briqadaların sayı bir yox, iki yox, daha çox olacaq. Bu o deməkdir ki, Azərbaycan yeni və müasir silahlar əldə etməklə yanaşı, həm də ordunun peşəkarlığını artırmaqla dünyanın inkişaf etmiş orduları arasında ön sıralarda olmağa çalışır. Digər tərəfdən, yeni yaradılmış hərbi hissənin yerləşməsi digər cəhətləri ilə yanaşı həm də təbii coğrafi şəraitdə – dağlıq və meşəlik ərazilərə görə çox vacibdir. Dövlət başçısının bu komandoların mükəmməl hərbi sistemə uyğun təşkili ilə bağlı söylədiyi fikirlər bir daha göstərir ki, cənab İlham Əliyevin əsas məqsədi belə yeni hərbi birləşmələr yaratmaqla Azərbaycan ordusunu ən səmərəli universal orduya çevirməkdir. Bu, Azərbaycan üçün çox vacib məsələdir.

Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşışərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrindəəksər hərbi hissələr lazımi standartlara cavab verir;

Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindəidir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatıüçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Hadrut əməliyyatı ikinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ vəŞərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur.

Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirdi. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğalçılardan azad edildi. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətdə saxladı.

Prezident İlham Əliyev Hadrutd əməliyyatlarının əhəmiyətindən də danışdı. Ölkə başçısı vurğuladı ki, Hadrutdan sonra Şuşaya yol açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.

Uzun illər ərzində ermənilər yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur.

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi. Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Bunu etmək üçün siyasi iradə və güc var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir.

Bəli, həmrəyliyin bəhrəsini yaşayan Azərbaycan xalqı hədəfinə çatdı. İşğal altındakı torpaqları, Qarabağı azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq.

Torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq. Hazırda azad olunmuş torpaqlarda böyük tikinti, quruculuq və bərpa işləri geniş vüsət alıb.

Bir sözlə, xalq birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə qovuşdu. Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını təsdiqləyir. Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səsi gəlir. “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqıəbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək.

Xalqın dəstəyinə arxalanan Prezidentİlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışı zamanı vurğulayıb ki: “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.”

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər