Azərbaycana gələn əcnəbilər 6 ayda nə qədər pul xərcləyib? - RƏQƏM

1430

İyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 32 faiz artıb.

sumqayitxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. O bildirib ki, yeddi ayda Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyərinin 747 milyon manat təşkil etdiyini deyən departament rəhbəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yeddi ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyərinin 144 milyon manat və ya 24 faiz artdığını qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər