Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən sumqayitxeber.com-a daxil olan məlumatda bildirilir.
Bildirilib ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.