Azərbaycanda 2013-cü ildən bütün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq

740

Gələn ildən Azərbaycanda bütün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib. Sektor müdiri deyib ki, bu il pilot olaraq Dövlət Sosial Müdafİə Fondunda və Sumqayıt Şəhər İcra Hakimiyyətinə dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsi layihəsi həyata keçirilib. 2013-cü ilin sonunda bu pilot layihəsinin nəticələri müzakirə olunacaq və layihə qəbul ediləcək. Gələn ilin yanvarından başlayaraq, bütün dövlət orqanlarında layihənin tətbiqinə başlanacaq.
Hər ilin sonunda hər bir dövlət qulluqçusunun fəaliyyətinə qiymət veriləcək, qiymətləndirmə zamanı dövlət qulluqçusunun hansı sahədə peşəkarlığının artırılmasına, əlavə tədbirlərə cəlb olunmasına ehtiyac olduğu müəyyən olunacaq. Dövlət qulluqçusunun fəaliyyəti daha yüksək qiymətləndirilsə, həmin şəxs üçün maddi təminatının yüksəldilməsi, məsələn, onun mükafatlandırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda “Dövlət qulluğu haqqında” qanunun əhatə etdiyi şəxslərin sayı 28 min 500 nəfərdir. Qiymətləndirmə inzibati vəzifə tutan 23 minə qədər dövlət qulluqçusuna şamil olunacaq. Yardımçı vəzifələri tutanlara isə qiymətləndirmə şamil edilməyəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər