Azərbaycanda 24 yaşlı qız əmisiylə ailə qurdu – TƏFƏRRÜAT- FOTO

1283

Ötən ilin aprel ayında əmisinə qoşulub qaçdığı deyilən Gəncə sakini, 24 yaşlı Günel Səfərovadan xəbər var.

sumqayitxeber.com ölkə.az-a istinadən xəbər verir ki, Səfərova elə əmisiylə Gəncənin Məhsəti qəsəbəsinin (Sevinc qəsəbəsi) yaxınlığında yaşayır. Mənbə bildirir ki, G.Səfərova mağazalardan birində satıcı işləyir, əmisi isə dəmir alveriylə məşğuldur.

Günel Səfərovanın əmisinin keçmiş həyat yoldaşı Həmidə Səfərova da Gəncədə yaşayır. Mənbənin sözlərinə görə, H.Səfərova “Dubay bazarı” adlanan yerij yaxınlığındakı gecəqondu məhəlləsində məskunlaşıb və o da mağazada satıcı kimi çalışır.
Bildirilir ki, qohumların əksəriyyəti H.Səfərova və G.Səfərova dan imtina edib.

Qeyd edək ki, ötən ilin aprelində Həmidə Səfərova mətbuata müraciət edərək, həyat yoldaşı Həsən Səfərovun 23 yaşlı qardaşı qızı Günel Səfərovayla qaçdığını bildirmişdi.
Məsələylə bağlı yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər