Azərbaycanda 250 min evdə hamam, 43 min evdə tualet yoxdur - RƏSMİ

2760

Bu ilin əvvəlinə olan məlumata görə ölkə üzrə mövcud olan 2 milyon 408 min ev təsərrüfatının 10,4%-də və ya 250 min evdə hamam, 1,8%-də və ya 43 min evdə kanalizasiya xətti mövcud deyil. Yeniavaz.com-un rəsmi statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, evində hamamı olmayan ailələrin sayı ən çox Şəki-Zaqtala iqtisadi rayonunda qeydə alınıb. Şəki-Zaqatala iqtisadi rayonundakı ev təsərrüfatlarının 22,7%-də hamam mövcud deyil.
Bu sahədə ən yaxşı göstərici Bakı və Naxçıvanda qeydə alınıb. Bakıda mövcud olan evlərin cəmi 1%-də, Naxçıvanda isə 2,1%-nin hamamı yoxdur. Bu göstərici, Abşeronda 4,2%, Gəncə-Qazaxda 12,4%, Lənkəranda 8,7%, Quba-Xaçmazda 21,2%, Aranda 12,4%, Dağlıq Şirvanda 17,4% təşkil edib.
Evində kanalizasiya sistemi olmayan ailələrin sayı isə ən çox Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Dağlıq Şirvan iqtisadi rayonundakı ev təsərrüfatlarının 13,3%-də kanalizasiya xətti mövcud deyil.
Yalnız Bakı və Naxçıvanda mövcud olan evlərin hamısında kanalizasiya xətti var. Bunlardan başqa  Abşerondakı evlərin 1,2%-də, Gəncə-Qazaxdakı evlərin 1%-də, Şəki-Zaqataladakı evlərin 1,4%-də, Lənkərandakı evlərin 2%-də, Quba-Xaçmazdakı evlərin 3,6%-da, Aran bölgəsindəki evlərin 1,1%-də kanalizisiya xətti yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər