Azərbaycanda 5 yaşınadək uşaqların ölümü ilə bağlı məlumat bazası yaradılacaq

1170

Yaşıl iqtisadiyyat”a dair kompleks göstəricilər sistemi yaradılacaq, kənd təsərrüfatı siyahıyaalınması keçiriləcək

 

Azərbaycanda 2014-2015-ci illərdə kənd təsərrüfatı siyahıyaalınması keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə təsdiq etdiyi 2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramında qeyd olunub.

 

Dövlət Proqramında 2014-2015-ci illərdə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi, beynəlxalq standartlara uyğun olaraq ətraf mühitin statistikasına və “yaşıl iqtisadiyyat”a dair kompleks göstəricilər sisteminin yaradılması və təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin ətraf mühitin mühafizəsinə dair milli göstəricilərin BMT-nin Avropa İqtisadi Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması istiqamətində də işlər aparılacaq.
Xidmət statistikası sahəsində müasir tələbləri nəzərə almaqla, beynəlxalq standartlara cavab verən turizm statistikası inkişaf etdiriləcək. Gənclərin ölkə iqtisadiyyatında iştirakını öyrənmək üçün, onların təhsildən işə keçməsinə və işlə təmin olunmasına dair, habelə informasiya və kommunikasiya texnologiyalarının müasir inkişafını nəzərə alaraq, ölkə əhalisinin belə texnologiyalardan istifadəsinə dair seçmə statistik müayinələr aparılacaq. Nəqliyyat sferasını daha dərindən öyrənmək məqsədi ilə dəmir yollarının siyahıyaalınması və yük avtomobili nəqliyyatı sahəsində seçmə statistika müayinəsi təşkil ediləcək, hesablamaların aparılması üçün metodologiya hazırlanacaq. Elm, texnologiya və innovasiya statistikası təkmilləşdiriləcək.
Körpə və uşaq ölümü haqqında Ümumdünya Səhiyyə Təşkilatının metodologiyasına uyğun məlumatlar əldə etmək məqsədi ilə körpələrin və 5 yaşınadək uşaqların ölümü hallarının qeydiyyatına dair statistik müayinə həyata keçiriləcək və məlumat bazası yaradılacaq. Dövlətin inkişafının strateji vəzifələrindən biri əhalinin rifahının daha da yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bunu nəzərə alaraq, uşaq yoxsulluğunun statistik öyrənilməsi tədbirləri həyata keçiriləcək.

lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər