Ağsu rayonunda güllələnmə hadisəsi baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu gün saat 16:00 radələrində rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.
Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.