Azərbaycanda baş vermiş ən güclü 10 zəlzələni diqqətinizə çatdırırıq:
1. Şamaxı zəlzələsi ― 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.
2. Şamaxı zəlzələsi ― 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.
3. Bakı zəlzələsi ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib.
4. Gəncə zəlzələsi ― 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
5. Şamaxı zəlzələsi ― 1859-cu il 5.9 bal gücündə. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağıdılmışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüşdü və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilmişdir. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişmişdir.
6. Şamaxı zəlzələsi ― 1669-cu il 5.7 bal gücündə. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.
7. Şamaxı zəlzələsi ― 1828-ci il 5.7 bal gücündə. Ölən və yaralananlar haqda məlumat yoxdur.
8. Şamaxı zəlzələsi ― 1872-ci il 5.7 bal gücündə. Zəlzələ şəhərdə dağıntılara səbəb olmuşdur.
9. Zaqatala zəlzələsi ― 2012-ci il 5.6 bal gücündə. Tikililərdə dağıntılar olub. İnsan tələfatı olmayıb.
10. Ağdaş zəlzələsi ― 1999-cu il 5.4 bal gücündə. Zəlzələ nəticəsində insan itkisi olmasa da 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. Unikal.org