“Bu yaxınlarda böyük bir əfv fərmanının verilməsi gözlənilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə deyib.
O qeyd edib ki, Əfv Məsələləri Komissiyasi öz işini davam etdirir: “Əfv sərəncamı imzalamaq cənab Prezidentin səlahiyyətindədir, amma yaxın zamanlarda böyük əfv olması gözlənilir”.