Azərbaycanda COVID-19 daha üç nəfərin ölümünə səbəb oldu

567

Azərbaycanda koronavirusa 48 yeni yoluxma qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb, koronavirus analizi nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 791 min 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 819 nəfər müalicə olunaraq sağalıb, 9 min 687 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 481, bu günə qədər isə ümumilikdə 6 milyon 692 min 62 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 18 min 957 vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14 min 568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 425 min 32, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 322 min 427, ikinci doza vaksinlərin sayı 4 milyon 821 min 276 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 54 min 89, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 227 min 240 olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər