““Delta” ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm “Delta” ştammıdır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, hər bir xəstənin “Delta” yaxud “Alfa” ştammı olmasının təyin olunmasının tibbi heç bir əhəmiyyəti yoxdur: “Bizə əsas əhəmiyyətli olan xəstənin vəziyyətdir”.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda 94% yayılan “Delta” ştammıdır. Bununla bağlı tədqiqat aparılmışdı. Ona görə də maskadan istifadə çox mühümdür”.