Azərbaycanda daha 225 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib – FOTO

402

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 225 yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 246 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 161, bu günə qədər isə ümumilikdə 6 622 919 test icra olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər