Azərbaycanda daha bir ailəli qadın subay kişiyə qoşularaq evdən qaçıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabirabadın Qaraağac kəndində baş verib.
2001-ci il təvəllüdlü A.A. iki uşağını həyat yoldaşı A.R-nin anasının yanında qoyaraq, həmyerlisi olan subay kişiyə – R.F-yə qoşularaq qaçıb.
1990-cı il təvəllüdlü R.F. əvvəllər oğurluğa görə cinayət məhsuliyyətinə cəlb olunub.
Xatırladaq ki, ötən gün İsmayıllı rayonunda üç uşaq anasının sevgilisi ilə qaçması barədə məlumat yayılıb.