Gəncədə ata avtomobilini arxaya verərkən 2 yaşlı oğlunun üstündən keçərək onu öldürüb.
sumqayitxeber.com-un məlumatına görə, “Report”un Qərb bürosu xəbər verir ki, şəhər sakini, Səbuhi İsmayılov idarə etdiyi “QAZel” markalı avtomobillə ehtiyatsızlıqdan 2 yaşlı oğlu İsmayıl İsmayılovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.