Azərbaycanda ən çox satılan «ikinci əl» - 5 AVTOMOBİL

1984

Avtomobilin keyfiyyətli olub-olmamasının əsas göstəricilərindən biri  onun işlənmiş versiyalarına təkrar bazarda olan tələbatdır. FED.az-ın araşdırmaları göstərib ki, avtomobil həvəskarları maşın bazarındakı bəzi modellərə xüsusilə diqqət yetirirlər.  Bu təkcə qiymətlə deyil, avtomobilin dözümlüyü, qənaətcilliyi və satılmaq imkanı ilə bağlıdır. Sadalanan 5 modeli bazarda həmişə almaq mümkün olduğu kimi, satmaq da mümkündür. Əlbəttə bazarda başqa populyar modellər də var.  Amma müəyyən qiymət intervalına görə, məhz salanan 5 modelə maraq daha çoxdur. Beləliklə…

5-ci yer: «Hyundai Accent»
«Hyundai» şirkətinin istehsalı olan «Accent» modeli sərfəli olmaqla yanaşı kicik ölçülü və dinamikliyi ilə də seçilir. Əsasən 2010-cu ildən sonrakı modellərə daha cox maraq göstərilir. 1400 sm3 və ya 1600 sm3  motor həcminə malik olan bu modelə sərfəli yanacaq sərfiyyatına görə tələb yüksəkdir.

4-cü yer: «Mersedes E-class»
Alman əzmkarlığının məhsulu olan «Mercedes-Benz» avtomobili öz komfortu və dözümlülüyü nəticəsində ətrafında böyük maraq toplayıb. «E-class» seriyasından olan E-200, E-220, E240 və.s modelləri alıcıların rəğbətini daha cox qazanıb.

3-cü yer: «Kia Optima»
Xarici görünüşü ilə əsasəndə gənclərin sevimlisi olan «Optima» modeli siyahımızın 3-cü pilləsində qərarlaşıb. 2000 sm3 və ya 2400 sm3 motor həcminə malik olan bu avtomobil görünüşü ilə yanaşı, hər büdcəyə uyğun sərfiyyatı ilə də diqqəti cəlb edir.

2-ci yer: «Hyundai Elantra»
Bu pillədə yenə də «Hyundai» şirkətinin təqdim etdiyi dar yolların axtarılan modeli olan yığcam «Elantra»  yer alır. 1800 sm3 mühərrik həcmi 150 a.g sahib olan bu model sərfəli qiyməti və komfortu ilə alıcıları cəlb edir.

1-ci yer: «Hyundai Sonata»
«Sonata» modeli siyahımızın ən yüksak pilləsində qərarlaşır. Bunun səbəbi gözəl eksteryer və komfortlu interyer dizaynı ilə yanaşı, dözümlü və sərfəli olmasıdır. Üstünbdən 10 ilə yaxın vaxt keçsə də 2007-2008 buraxılışı olan modəllərə hələ də yüksək təlabat var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər