Zaqatalada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Yerli vartla saat 22:40-da baş verən zəlzələnin episentri 2 km dərinlikdə yerləşib. Yeraltı təkan episentirdə 6 bala qədər hiss olunub.
Güclü zəlzələ şimal-qərb regionundakı qonşu rayonlarda, həmçinin Aran bölgəsindəki rayonlarda da hiss edilib.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.