Respublikanın daxili işlər orqanlar tərəfindən son iki gün ərzində 34 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-dən Lent.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.