Ölkəmizdə populyar olan güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşimizin əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən, böyük inkişaf yolu keçən sərbəst güləş idman növü Dünyada Amerika güləşi kimi qəbul edilərək, mövcud güləşin Amerika Birləşmiş Ştatlarında yarandığı bildirilir. Lakin xalqımızın yaddaşında olan “Milli güləş” tarixən daha qədimdir. Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə, Zorxanalarda keçirilirdi. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşları Dünyada tanınırdılar.
“Milli güləş”in inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimizi və ənənələrimizə bağlıdırsa, digər tərəfdən sonradan meydana gəlmiş peşəkar məktəbi ilə əlaqədardır. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvələrində Fransız güləşi adlanan və təşəkkül tapan yunan-roma güləş növünün vətəni Yunanıstandır. Qədim Ellada da müharibələrə son qoyub. Güc-qüvvələrini idman meydançalarında nümayiş etdirmələrini istəyən cəngavərləri Olimp dağında yandırılan tonqal yarışlara dəvət siqnalı idi. Bu yarışlarda kürəkdən yapışaraq bir-birinə güc gəlmələri yunan-roma güləşinin ibtidai əsasları idi.
Azərbaycanda yunan-roma və sərbəst güləş idman növləri öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapmışdır. Azərbaycan Güləş Federasiyası ilk dəfə 1959-cu ildə SSRİ Güləş Federasiyasının tərkibində təsis edilmişdir. Azərbaycan güləşçiləri ölkəmiz hələ keçmiş SSRİ-nin tərkibində olarkən həm ittifaqdaxili yarışlarında, həm də komanda şəklində beynəlxalq yarışlarda iştirak edib, saysız-hesabsız nailiyyətlər qazanıblar. Azərbaycan güləşçilərinin bеynəlхalq arеnalarda ilk uğuru 1952-ci ildə keçirilən Hеlsinki Yay Оlimpiya Оyunlarına təsadüf еdir. Sərbəst güləş üzrə yarımyüngül çəkidə çıxış edən Rəşid Məmmədbəyоv Azərbaycanın ilk оlimpiya mеdalını qazanan idmançıdır. О, zədələnərək yalnız final görüşündə Yapоniyanın bu mötəbər turnirdə güləş üzrə ilk çеmpiоnu Şоhaçi İşniyə məğlub olaraq gümüş medala sahib olmuşdu. Yunan-roma güləşi üzrə ilk Dünya çempionu adını 1978-ci ildə Arif Niftullayev qazanmışdır.
Azərbaycanın sərbəst güləş üzrə idmançıları dəfələrlə SSRİ çempionları Musa Babayev və İbrahimpaşa Dadaşovun, SSRİ çempionatlarının dəfələrlə mükafatçısı və Ümumdünya tələbələri Universiadasının qalibi Muxtar Dadaşovun, yunan-roma güləşi üzrə 3 qat Dünya çempionu Məhiyyədin Allahverdiyevin, İslam Hümbətovun, İsak Cəfərovun, Sabir Hüseynovun, Ehsan Kərimovun, Xosrov Cəfərovun, Oktay Hüseynovun, Vaqif Əliyevin, Kamandar Məcidovun, Fikrət Tahirovun və başqalarının əmək və xidmətləri olmuşdur.
1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdkdən sonra idmançılarımız beynəlxalq idman arenalarında üçrəngli bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirmək üçün mübarizə aparmağa başladılar. Azərbaycanın idman ölkəsi kimi tanınmasında Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında iştirak edən güləşçilərimizin qazandığı uğurların özünəməxsus yeri var. Təsadüfi deyil ki, müstəqillik qazandıqdan sonra güləş Azərbaycanın ən uğurlu və beynəlxalq yarışlarda (xüsusən də Olimpiadalarda) ən çox medal qazanan idman növüdür.
1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis edildi. Elə həmin ildə, AGF-ı İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olundu.Respublikamız müstəqillik əldə etdiyi ilk illərdə bütün sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də böyük problemlər mövcud idi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmiz surətli inkişaf yoluna qədəm qoydu. Bütün sahələrdə olduğu kimi idmançılara dövlət qayğısı artırıldı. Bədən tərbiyəsi və idmanın inkişafına, onun kütləviliyin artırılmasına xüsusi diqqət yetirildi. Məhz onun qayğısı sayəsində idmanın və bədən tərbiyəsinin inkişafı Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Gənc, müstəqil Azərbaycanın beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınması və Olimpiya hərəkatına qoşulması da Ulu Öndərin adı ilə bağlıdır.
Bu qayğının təməlini qoymuş Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prеzidеntimiz cənab Ilham Əliyеv 1997-ci ildə Milli Olimpiya Komitəsinin prеzidеnti təyin olunandan sonra, idmançılar diqqət və qayğını daha dərindən hiss еtməyə, duymağa başladılar.
Bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənc nəslin həm mənəvi, həmdə fiziki cəhətdən sağlam və vətənpərvər ruhunda böyüməsi, cəmiyyətdə layiqli mövqеyə nail ola bilməsi yolundakı islahatlar öz səmərəsini vеrməkdədir. Azərbaycanın bütün bölgələrində bədən tərbiyəsi və idmanın inkişafına göstərilən böyük qayğının nəticəsidir ki, İdmançılarımız Bеynəlxalq arеnalarda ölkəmizi layiqincə təmsil еdirlər. Bu isə son illərdə rеgionlarda göz oxşayan, müasir tiplı Olimpiya və Paralimpiya İdman Komplеkslərinin müasir idman qurğuları ilə təchiz olunması, idman məktəblərinin tikilərək gənc idmançıların istifadəsinə vеrilməsi ilə birbaşa bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qısa bir vaxtda Azərbaycan dünyanın Olimpiya hərəkatının inkişaf etdiyi qabaqcıl ölkəyə çevrilmişdir. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar I Avropa Oyunları, Formula-1 yarışlarının, Ümumdünya Şahmat Olimpiyadası, IV İslam Həmrəylik Oyunlarının, cüdo üzrə Dünya çempionatının və Avropa Olimpiya Festivalının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktor olmuşdur. Müstəqil Azərbaycanın tarixində qeyd olunan yarışların Bakıda ən yüksək səviyyədə keçirilməsi ölkəmizin yerini dünyanın sivil dövlətləri sırasında daha da möhkəmləndirdi.
Bu gün ölkəmizdə idman uğurla inkişaf edir. Həm gənclər, həm böyüklər arasında keçirilən Olimpiya Oyunlarında, Dünya, Avropa və beynəlxalq səviyyəli yarışlarda idmançılarımız həm öz güclərini həm də dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, Şərif Şərifov, Dünya çümpionları Arif Abdullayev, Hacı Əliyev və başqaları Beynəlxalq arenalarda üç rəngli bayrağımızı dalğalandırmış və himnimizi səsləndirmişlər.
Bütün idman növlərində o cümlədən güləş idman növündə də rəqabət ildən-ilə artır, digər ölkələrdə də güclü idmançılar üzrə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, o cüməldən ölkəmizin dövlət himnini yeddi dəfə səsləndirmək həm idmançılarımızı, həm idman mütəxəsislərini və bütün Azərbaycan vətandaşlarını qürurlandırır.
Cari ilin 07 – 13 mart tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında milli yığma komandamız ölkəmizi ləyaqətlə təmsil edərək komanda hesabında birinci yerə layiq görülmüşlər. 34 öklənin iştirak etdiyi çempionatda idmançılarımız ümumilikdə 16 medal əldə etmişlər ki, bunlardanda 7-si qızıl, 2-si gümüş, 7-si bürünc medaldır. Bu da Azərbaycanın güləş tarixində rekord nəticəsidir.
Azərbaycan Respublikasının beynəlxalq Olimpiya, Avropa Komitələri və beynəlxalq federasiyalarla sıx əlaqələri vardır. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında köməklik göstərir.
17 mart 2022-ci il tarixində Prezident İlham Əliyev Bolqarıstanda keçirilmiş 7-ci Avropa çempionatının qalibləri ilə görüşü zamanı qazanılmış nəticəni yüksək dəyərləndirdi. Dövlətimizin başçısı çıxışında ölkəmizin idman qüdrətindən bəhs edərək bunu düşünülmüş və düzgün siyasətin məntiqi nəticəsi adlandırdı.
Müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Bu gün isə idmançılarımız qalib gəlmiş ölkəni təmsil edirlər. Sübut edirdik ki, bizim gücümüz də, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərmişdir. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.
Ölkəmiz 30 ilə yaxın Dünya, Avropa və Beynəlxalq idman arenalarında, istərsə də siyasi arenalarda məğlub olmuş ölkə kimi təmsil olunurdu. Doğrunu söyləmək nə qədər ağırdısa, o qədərdə sadədir. Düzünü etiraf etməliyik ki, o vaxtki antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və buna da nail olduq.
Bu gün idmançılarımız hər bir mötəbər yarışda qalib gəlmiş müzəffər xalqımızı təmsil edir. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. İdmançılar bundan sonra həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən və o torpaqlarda yenidən həyat yaradan xalqıq.
Dövlət başçısı idmançılarla görüşü zamanı azad edilmiş ərazilərdə idmanın inkişafı ilə bağlı böyük müjdə verdi. Bundan sona azad edilmiş torpaqlarımızda idman növləri inkişaf etdirilməli, stadionlar, Olimpiya və Paralimpiya idman kompleksləri digər idman qurğuları şəhərlərlərdə, kəndlərdə, qəsəbələrdə tikilib vətandaşların istafadəsinə verilməlidir. Əminliklə demək olar ki, tezliklə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə atılacaq addımlar ümumilkdə ölkə idmanının inkişafına xidmət edəcək.
Vahid Abdullayev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri