Dövlət Sərhəd Xidməti (DSX) rəisinin iki müavini ehtiyata buraxılıb.
Bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, bu gün DSX-nin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə təntənəli mərasim çərçivəsində DSX rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaşıblar.