Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda delinatorların istehsalına başlanılıb

585

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP MMC-yə (STP Şirkətlər Qrupu) daxil olan STP Polimer Zavodunda Azərbaycanda ilk dəfə delinatorların istehsalına başlanılıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə sözügedən məhsul 75×8 santimetr, növbəti mərhələdə isə 45×8 santimetr ölçüdə istehsal olunacaq. Cari ilin sonunadək 10 min ədəd delinatorun istehsalı nəzərdə tutulur.

İnvestisiya həcmi 619 milyon dollar olan STP Şirkətlər Qrupunda hazırda 2000 nəfərə yaxın insan daimi işlə təmin edilib. Şirkət tərəfindən 2017-ci ildən 2024-cü ilin I yarısı daxil olmaqla 972 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 274 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən məhsullar dünyanın 15-dən çox ölkəsinə (İngiltərə, Kanada, İsveç, Sinqapur, BƏƏ, İraq, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Ukrayna və s.) ixrac edilib.

Qeyd edək ki, delinator idarəedici və dayanmış nəqliyyat vasitələrini piyadaların hərəkətindən ayırmaq, ikitərəfli yollarda zolaqları bölmək, orta zolaqlarda təhlükəsizliyi təmin etmək, piyadaları və sürücüləri xəbərdar etmək üçün istifadə olunan çevik, qırılmaz materialdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər