Proqnoz vermək riskli işdir
Çerçilin başqa situasiya üçün məşhur kəlamı var: İnamla proqnoz verirsən, proqnoz düz çıxmasa, izah edirsən ki, niyə düz çıxmadı, vəssalam!
Bu gün ən aktua sual budur: Karantin nə qədər davam edəcək?
Mənim həkim olaraq şəxsən gəldiyim qənaət odur ki, ölkə əhalisinin 80 fazi xəstələnib kütləvi ( sürü,elmi dildə) immunitet əldə etməyənə qədər xəstəlik davam edəcək.
Karantinin də məqsədi odur ki,insanlarımız tədricən xəstələnib sağalsınlar. Çünki kütləvi xəstələnmələri dünyanın qabaqcıl ölkələri olan İtaliya, İspaniya, hətta ABŞ belə adekvat qarşılaya bilmədi. Xüsusən də səhv olaraq karantinə gec qərar verdiklərindən burulğana düşdülər.
Məmnunluqla vurğulayıram ki, Azərbaycanda karantin qərarı vaxtında və qəti verildi və bu gün Azərbaycan nisbətən az problem yaşanan ölkələrdəndir, bu səbəbdən. Buna görə Prezidentimiz İlham Əliyevə bütün vətəndaşlarımız adından böyük təşəkkür edirəm! Allah onu hifz etsin!
Bundan sonra necə olacaq?
Əhalimizin sayı bəlli olduğundan riyazi model qurub , mövcud templə nə müddət ərzində əhalimizin vurğuladığım 80 % -nin xəstələnib immunitet əldə edə edə biləcəyini böyük ehtimalla proqnozlaşdırmaq olar.
Bu prosesi obyektiv olaraq izləməyin bir yolu var, bu yolu Amerika, Almaniya bə bəzi digər imkanlı ölkələr edir. Bu koronavirusla bağlı kütləvi test keçirtməkdir. Almaniyada hər vətəndaş öz puluna evinə birdəfəlik test komplekti( 150 evro) sifariş verə bilir. Dövlət özü də kütləvi testlər keçirir.
Təkrar edirəm, bu, bahalı, amma effektiv yoldur. Hökumət dəqiq bilir ki, nə qədər xəstələnib, nə qədər isə qalıb.
Paradoksal da olsa, birinci karantin İranda və İtaliyada götürüləcək, çünki insanların çoxu xəstələndi və immunitet qazandı, amma təəssüf ki, çoxlu itkilər hesabına. Bunların arxasınca Almaniya və Amerika cəsarətli addımlar atacaq, çünki əllərində dəqiq statistik rəqəmlər olacaq.
Bizim yolumuz səbirlə, tədricən karantin tələblərini yumşaltmaqdan, insanlarımızın həssas hissəsini qorumaqdan keçməlidir. Təbii ki, xəstələnənlər və sağalanlar nisbəti hər gün izlənməli və nəticələrə görə yumşalmalara qərar verilməlidir.
Bu həmin haldır ki, bir az artıq sığortalanmaq, az sığortalanmaqdan vacibdir.
İnsanlarımızın həyatı prioritet olmalıdır!
Biz vətəndaşlar da karantin tələblərini anlaqlı qəbul etməli, səbirli olmalıyıq.
Sonda xalqımızın bu sınaqdan üzüağ çıxacağına böyük inamımın olduğunu bildirirəm!
Hümbət Həsənoğlu (həkim, yazar)