Azərbaycanda keçmiş nazir vəfat etdi

1213

Azərbaycanın keçmiş Mənzil-Kommunal Təsərrufatı naziri, Milli Azadlıq Hərəkatının fəallarından olan Sucəddin Mustafa oğlu Abdullayev oktyabrın 21-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Sucəddin Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsininin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıydı.

S.Abdullayev 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışmış, bu sahədə ciddi islahatların əsasını qoymuş, mənzil-kommunal və su təssərüfatının idarə olunmasında yeni münasibətlərin qurulmasına rəhbərlik etmiş adam idi. musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər