Azərbaycanda kimlərə koronavirus testi tətbiq olunur? – Rəsmi

867

Bu günədək pandemiya xəstəxanalarında koronavirusa yoluxan həkimlərin sayı bir nəfərdir. İnfeksiyaya yoluxan başqa həkimlər də var, lakin onlar digər xəstəxanalarda çalışırlar. Tibb müəssisələrində xəstələr həkimlərə müraciət ediblər, lakin koronavirusa yoluxduqlarını bilmədikləri üçün belə hallar baş verib. Yəni koronavirusla bağlı yox, digər müraciətlərdə, cərrahi və ya qeyri-cərrahi yolla yoluxmalar olub. Bu həkimlərlə bağlı konkret say açıqlanmayıb.

Bu sözləri Teleqraf.com-a açıqlamssında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib.

Qurum rəsmisi koronavirus testlərinin tətbiqi ilə bağlı suallara da aydınlıq gətirib: “Karantində olan şəxslərə koronavirus tetstləri tətbiq olunur.

Bundan başqa, 103 və ya 113 təcili yardımın qaynar xəttinə hər hansı əlamətləri hiss edən şəxslər zəng vurur. Çağırış qəbul olunduqdan sonra evdə müayinə əsasında həkim tərəfindən analizin götürülməsi barədə rəy verilir. Koronavirus testi evdə götürülür və nəticələr çıxana qədər şəxsə ev karantini tətbiq edilir.

Nəticə mənfi çıxarsa, xəstə şikayəti əsasında müalicə olunur. Pozitiv olduğu təqdirdə o, xüsusi rejimli xəstəxanada müalicə alır. Eyni zamanda onunla təmasda olmuş şəxslər də karantinə alınır”.

Mətbuat katibi bildirib ki, bu günə qədər 66 min test tətbiq olunub və testlərin sayının artırılması gözlənilir: “Testlərin çoxluğu xəstələrin aşkarlanmasında rol oynayır. Lakin bundan sonra rəqəmlərin artıb-azalması haqqında proqnoz vermək çətindir. Hazırda əsas məqsəd insanların da bizə yardım etməsini gözləməkdir ki, testlərimiz artanda bu qorxunc faktı yaşamayaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər