Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692-i dövlət müəssisəsidir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
Onun sözlərinə görə, bu müəssisələrdə ümumilikdə 126 min 509 uşaq təhsil alır:
“Dövlət məktəbəqədər təhsil müəssisələrindəki uaşaqların sayı 120 min 485, özəl müəssisələrdəki uşaqların sayı isə 5124 nəfərdir”, – nazir qeyd edib.