Ağcabədi rayonunda qətl hadisəsi törədilib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonda yerləşən “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində baş verib.
1990-cı il təvəllüdlü Qurban Qurbanzadə 1978-ci il təvəllüdlü Zaur Sadıqovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən və hadisə yerindən qaçan Qurban Qurbanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, dava toyda rəqs etmək üstündə olub. Belə ki, Qurban Qurbanzadə toy mərasimində rəqs edən zaman Zaur Sadıqov onun sifarişini yarımçıq saxlanmasını istəyib. Tərəflər arasında mübahisə yaranıb. Nəticədə Z.Sadıqov bıçaqlanıb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.