Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)

3215

Azərbaycanda ürək cərrahiyyəsində ən mürəkkəb əməlyatlardan hesab olunan “Benthall” əməliyyatı həyata keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-Damar Cərrahiyyəsi Şöbəsinin müdiri, uzman doktor Mirəli Məcidovun həyata keçirdiyi əməliyyat nəticəsində 46 yaşlı xəstə xilas edilib. 

“Xəstə anidən sinə ağrısı hiss edib. Başqa bir xəstəxanadan onu infakt şübhəsi ilə bizə gətirmişdilər. Biz xəstəni müayyinə edəndə gördük ki, burda infakt deyil, Tip A – Aort disseksiyası var. Aort disseksiyası aortanın ürəkdən başlayaraq qarının içinə kimi yırtılmasıdır. Təbii ki, xəstənin təcili əməliyyat olunması qərarı verildi. Ondan sonra “Benthall” əməliyyatı etdik. Xəstədə bütün aort qapağı dəyişdirilərək mexaniki qapaq qoyuldu. Qalxan aorta pratezləşdirildi və xəstə xilas edildi”. 

Bunu Xeber365.com-a açıqlamasında əməliyyatı həyata keçirən həkim Mirəli Məcidov deyib. Mirəli Məcidov bildirib ki, belə xəstələrin ölüm riski hər saat üçün 20 -30 faiz artır:

“Bu əməlliyyat ürək cərrahiyyəsində ən mürəkkəb əməlyatlardan biridir. Bu xəstəlik mürəkkəbliyi  yanaşı ciddi ağrılara və  tez bir zamanda baş verən ölümə səbəb olur. Bu patalogiya ilə  diaqnoz qoyulan xəstənin ölüm riski hər saat üçün 20 -30 faiz artır. Belə xəstəni tez bir zamanda, təcili əməlyat etmək lazımdır”. 

Uzman doktor bildirib ki, bu xəstəliyə düçar olanların qanı yalançı yolda hərəkət etməyə başlayır: 

“Bu  patalogyada ürəkdən çıxan  şah damarı yırtılmış olur və qan yalançı yolda hərəkət  etməyə başlayır. Tibbdə biz buna dümen deyirik. Yəni qan yalançı yolda-dümendə hərəkət edir. Buda xəsdələrdə ciddi ağırlaşmaya səbəb olur. Əvvəldə qeyd  etdiyim kimi  bu patalogya ürək  cərrahiyəsində ən ağır patalogiyalardandır”. 

        

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər