Bu ilin əvvəlinə olan sonuncu rəsmi məlumata görə ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı 1 121 nəfər zərərçəkmiş şəxs qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, məişət zorakılığı ilə üzləşən şəxslərin böyük əksəriyyətini – 75%-ni qadınlar təşkil edib. İl ərzində 915 qadının zorakılığa məruz qaldığı qeydə alınıb. Zorakılığa məruz qalanların 1,4% və ya 17 nəfəri uşaqlar olub.
Məişət zorakılığı ilə üzləşənlərin 23,7%-i və ya 289 nəfəri isə kişilər olub.
Açıqlanan məlumatlardan belə görünür ki, əksər rayonlarda məişət zorakılığı ilə üzləşən qadınların sayı kişilərdən dəfələrlə çox olub. Məsələn, paytaxt Bakıda məişət zorakılığı ilə üzləşən qadınların sayı kişilərdən 4,5 dəfə çox olub. Lakin, bəzi rayonlarda kişilər qadınlardan daha çox zorakılığa məruz qalıb.
Quba rayonunda 10 kişi, 9 qadın, Qazax və Zərdab rayonlarının hər birində isə 3 kişi, 2 qadın məişət zorakılığı ilə üzləşib.
Naxçıvan Muxtar Respublikası ərazisində isə il ərzində cəmi 1 məişət zorakılığı hadisəsi qeydə alınıb. Bu hadisə Naxçıvan şəhərində baş verib və məişət zorakılığına məruz qalan şəxs isə kişi olub.
Rayonlar | Kişi | Qadın | Uşaq |
Quba | 10 | 9 | |
Qazax | 3 | 2 | |
Zərdab | 3 | 2 | |
Naxçıvan şəhəri | 1 | – |