Azərbaycanda yüksək vəzifəli məmura ağır itki üz verib.
sumqayitxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın atası Telman Həsənov dünyasını dəyişib.
Allah rəhmət etsin!
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub. S.Həsənova Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.