Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr – SİYAHI

1016

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 6,1 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.

” APA -Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan ən çox İsveçrədən idxal edib. Bu ölkədən sonra isə əsas idxal Rusiya, Türkiyə və Çindən həyata keçirilib.

Qeyd edək ki, ötən il yanvar-iyul ayları ərzində İsveçrədən Azərbaycana 145 mln. dollar həcmində məhsul idxal edildiyi halda, bu il üçün bu rəqəm 8,2 dəfə artaraq 1,19 mlrd. dolları ötüb.
Cari ilin 7 ayı ərzində Azərbaycan 170-dən çox ölkə ilə 20,7 mlrd. dollardan çox ticarət mübadiləsi həyata keçirib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi:
# Ölkə İdxal, min dollar Ümumi idxala nisbətən, %
1 İsveçrə 1 190 470.39 14,12
2 Rusiya 1 183 761.94 14,04
3 Türkiyə 816 044.42 9,68
4 Çin 727 079.14 8,62
5 ABŞ 562 591.34 6,67
6 Almaniya 406 084.65 4,82
7 Kanada 392 056.00 4,65
8 İran 316 451.96 3,75
9 Avstraliya 294 176.69 3,49

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər