“Hər bir dövlətin milli maraqlarını qorumaq üçün strateji baxışları olmalıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Parlamentin 100 illiyi ilə bağlı keçirilən iclasdakı çıxışını şərh edərkən deyib.
Millət vəkili Azərbaycanın milli maraqlarını gerçəkləşdirmək üçün potensialının mövcud olduğunu bildirib:
“Hər bir dövlət kimi Azərbaycanın da milli maraqları mövcuddur. Bu milli maraqları qorumaq üçün dövlətin gücü, ölkənin potensialı, gələcəyə yönəlik strateji baxışları olmalıdır. Bu baxımdan ötən dövr ərzində Azərbaycanın iqtisadi potensialının xeyli genişlənməsi, dövlətin güclənməsi regionda həyata keçirdiyi layihələr və bütövlükdə Azərbaycanın dünyada nüfuzunun artması ölkəmizin milli maraqlarının tam şəkildə həyata keçirilməsinə imkan yaradır. Məhz Azərbaycanın güclü imkanlarının mövcud olması, dostlarının sayının durmadan artması, regionda, eyni zaman siyasi və iqtisadi nüfuzunun güclənməsi ölkəmizin maraqlarının hər yerdə təmin olunması üçün şərait yaradıb.
Bu istiqamətdə həm hökumət, həm də parlament çalışmalarında effektiv inteqrasiyanın, uzlaşmanın daha çox təmin olunmasına şərait yaradıb ki, bunu da cənab Prezident İlham Əliyev bu gün Palamentin 100 illik yubileyi ilə bağlı tədbirdə çıxışı zamanı qeyd edib”.