Azərbaycanın NATO ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir

460

Azərbaycan Respublikası ilə Şimali Atlantika İttifaqı (NATO) arasındakı münasibətlər 1992-ci ildən başlayaraq qarşılıqlı anlayış və əməkdaşlıq ruhu ilə inkişaf etdirilmişdir. Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri zamanı verdiyi bəyanat hər iki tərəfin əməkdaşlığının dərinliyini və geniş spektrini əks etdirir. Bu münasibətlər hərbi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində qarşılıqlı fayda vəd edir.
Azərbaycanın NATO ilə əməkdaşlığı Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlara iştirakı ilə xüsusi qeyd olunur. Bu əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına və müasir müdafiə təcrübəsinin əldə edilməsinə imkan yaratmışdır. NATO ilə olan bu təcrübə mübadiləsi, həmçinin Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsindəki islahatlarının uğurla həyata keçirilməsində mühüm rol oynamışdır.
Azərbaycanın NATO üzvü olan ölkələrə qaz təchizatı həm enerji təhlükəsizliyi, həm də iqtisadi əməkdaşlıq baxımından önəm daşıyır. Azərbaycan Avropa Komissiyası tərəfindən etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi tanınır. Bu, Azərbaycanın enerji sektorunda böyük üstünlüklərə malik olduğunu və qlobal enerji təchizatı zəncirində mühüm rol oynadığını göstərir. Gələcəkdə tərəfdaşların sayının artması, Azərbaycanın enerji resurslarının diversifikasiyasına və Avropa enerji təhlükəsizliyinə daha da töhfə verməsi gözlənilir.
Azərbaycanın NATO əlaqələri təkcə hərbi və siyasi məsələlərlə məhdudlaşmır, eyni zamanda, texnoloji yeniliklərin, təhsilin və elmin mübadiləsi kimi mühüm sahələri də əhatə edir. Bu kontekstdə, Azərbaycanın “Virtual İpək Yolu” layihəsinə qoşulması, ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsindəki inkişafına töhfə vermişdir. Bu layihə Qafqaz və Mərkəzi Asiya regionlarında təhsil və elmi tədqiqatın inkişafına xidmət edən mühüm bir addımdır.
Azərbaycanın NATO ilə əməkdaşlığı, həmçinin ekoloji təhlükəsizlik və bərpa olunan enerji mənbələrinin inkişafı kimi sahələrdə də öz əksini tapır. NATO-nun “Sülh və Təhlükəsizlik üçün Elm” proqramı çərçivəsində Azərbaycan regionda ekoloji problemlərin həlli və təmiz enerji mənbələrinin tədqiqi üzrə layihələrə ev sahibliyi edir. Bu layihələr ölkənin ekoloji dayanıqlılığını artırmaq və təmiz enerji istehsalını təşviq etmək məqsədi daşıyır.
Azərbaycanın NATO ilə əməkdaşlığı regional təhlükəsizliyin gücləndirilməsi və qarşılıqlı etimadın artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində terrorizmə və transmilli təhdidlərə qarşı mübarizədə aktiv rol oynayır. Bu əməkdaşlıq, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması sahələrində də öz bəhrəsini verir. Azərbaycanın NATO ilə münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayaraq qarşılıqlı etimad və anlayışın daha da dərinləşməsinə xidmət edir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin ekoloji inkişaf və yaşıl keçid sahəsindəki səylərinin beynəlxalq səviyyədə tanınmasını təmin edir. Bu, həmçinin Azərbaycanın bərpaolunan enerji mənbələrinə sərmayə yatırmaqda davam etdiyini və ekoloji dayanıqlılığa əhəmiyyət verdiyini göstərir.
Azərbaycan-NATO əməkdaşlığıhərbi və təhlükəsizlik sahələrindəki uğurlarla yanaşı, iqtisadi və enerji təchizatı, eləcə də ekoloji inkişaf kimi mühüm sahələrdə də qarşılıqlı fayda vəd edir. Bu əməkdaşlıq, həm Azərbaycanın həm də NATO üzvü olan ölkələrin qarşılıqlı maraqlarına xidmət edir və bölgədəki təhlükəsizlik, sabitlik və rifahın artırılmasına töhfə verir. Azərbaycanın enerji resursları və strateji mövqeyi, onu NATO üçün dəyərli bir tərəfdaşa çevirir, eyni zamanda ölkənin öz təhlükəsizlik və inkişaf məqsədlərinə çatmasında mühüm rol oynayır.

Qarabağ ordenli, qazi Polkovnik-leytenant Ehtiram Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər