Prezident İlham Əliyevin aprelin 12- də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki nitqini dinlədik və qürur duyduq. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını təmin etmiş müzəffər Ali Baş Komandan bu qələbənin məntiqi- siaysi nəticəsi olan beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək mövzusunda qürurverici faktları dilə gətirdi. Cənab İlham Əliyevin söylədiyi kimi, ötən il iki faktla əlamətdar oldu. Azad olunmuş torpaqlarda bərpa işlərinə start verildi, eyni zamanda beynəlxalq münasibətdə yeni reallıqları qəbul etdirə bildik.Hər iki hadisə üzrə nəticə göz qabağındadır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusu XXI əsrin yeni müharibə taktikasını yazdı,eyni zamanda dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə müsahibələrində dövlət başçısı diplomatik cəbhədə də üstünlüyünü, peşəkarlığını nümayiş etdirdi.Sonrakı proseslərdə də mütəmadi aparılan danışıqlar, ikitərəfli görüşlər beynəlxalq təşkilatlarla davam etdirilən fəal əməkdaşlıq sayəsində dünyanın aparıcı qurumları yeni reallıqları qəbul etdilər.
BMT xəttilə Şuşa şəhərində Azərbaycanın BMT- yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbirin keçirilməsi Azərbaycan üçün çox əlamətdar hadisə oldu. Bu həmçinin BMT – nin Azərbaycanın ərazi bütövlüyünü tam tanımasına da dəlalət edir. Digər tərəfdən 30 ilə yaxın kağız üzərində qalmış BMT qərarlarını Azərbaycan güc vasitəsilə həll edə bildi. Dolayısı ilə, Azərbaycan dövləti BMT- nin üzərindən öz qətnamələrinin icra olunması ilə bağlı yükü qaldırmış oldu.
Qoşulmama Hərəkatı BMT- dən sonra ən böyük təşkilat sayılır.Fərəhli haldır ki, hazırda Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edir.Bütün üzv dövlətlərin razılığı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Ali Baş Komandanın söylədiyi kimi Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm də müharibə dövründə Azərbaycanla həmrəy olub.
İslam Əməkdaşlığı Təşkilatı da hər zaman ədalət prinsiplərini rəhbər tutaraq işğal dövründə dəfələrlə Azərbaycan tərəfinin mövqeyinə uyğun qərar- qətnamələr qəbul edib. Hətta təşkilatın Xarici İşlər Naziri səviyyəsində toplantısı keçirilib və qətnamə qəbul edilib. O cümlədən Azərbaycan tarixi- dini abidələrin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qətnamələrlə də çıxış edib.
Qaldı ki, MİNSK qrupuna, bu qrum münaqişənin həlli üçün de – yure qüvvədə qalsa da, de – fakto etibarını itirmiş sayılır. 28 il fəaliyyətdə olan həmsədr ölkələr Azərbaycana da, Ermənistana da yüz dəfələrlə səfər ediblər, amma bütün bunlar yekunda nəticəsiz qalıb. Səbəbləri məlimdur.Artıq ATƏT də mövcud reallıqları qəbul edib.
Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv şəkil alıb. Bu qurum da reallığı qəbul edib. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur.İndi Avropa İttifaqı Azərbaycan – Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur.Son dəfə 6 aprel görüşündə bu məsələ müzakirə edildi.
Prezidentin müşavirədə söylədiyi bu fikirlər bir daha Azərbaycan diplomatiyasının qüdrətini, xarici siyasət kursunun mükəmməlliyini göstərir.
Azərbaycan iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif hazırlayıb. Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, Azərbaycana qarşı ərazi iddiasından əl çəkən ermənistanın da bu təklif paketi ilə razılaşmaqdan başqa çarəsi yoxdur.Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda sülh müqaviləsinin hazırlanmasına dair digər qruplar tezliklə öz işinə başlamalıdı.
Əlbəttə,3+3 əməkdaşlıq formatının işə düşməsi sevindirici haldır. Azərbaycan Beynəlxalq Təşkilatlarla yanaşı qonşu ölkələrlə də mütəmadi münasibətlər qurur.Yeni dünya nizamında artıq Azərbaycanın öz strategiyası var. Ali Baş Komandan zəka ilə gücü birləşdirməyi bacardı və indi məğlub düşmənə şərtlərini diktə etmək iqtidarındadır.
Gülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri