“Qəbələ”nin futbolçusu Amin Seydiyevə ağır itki üz verib.
“Report” xəbər verir ki, gənc müdafiəçinin anası bu gün koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında vəfat edib.
Oyunçudan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.
Seydiyev ailənin tək oğludur.
Qeyd edək ki, A.Seydiyev yeni mövsümdən “Sabah”da çıxış edəcək.
Allah rəhmət eləsin!