Tibb elmləri doktoru, tanınmış cərrah Fərid Rəfiyev sosial şəbəkədəki səhifəsindən əməliyyat etdiyi 203 kq-lıq xəstənin əvvəlki və sonrakı görüntülərini paylaşmaqla marağa səbəb olub:
“Keçən ilin sentyabr ayında bir ilkə imza atdıq. Elmar bəy 203 kq ilə təcrübəmdə 2018-ci ildə ən çəkili pasientim oldu. İki saata qədər çəkən əməliyyatdan sonra yeni həyatımız başladı. Bu gün yanıma gələn Elmar tanınmaz bir durumda. Sanki 10 il cavanlaşıb tam dəyişmiş bir simada! Özüm də inanmadım! Bu gün məndən arıq görünür. Çəki atmaq rekordu! Neçə kiloqram geridə qoyduğunu artıq siz deyin!”.,- deyə o şəkilləri paylaşaraq yazıb.
Bizimyol.info xəbər verir ki, Fərid Rəfiyev bir neçə ay öncə 256 kq-lıq qadını da əməliyyat etmişdi.
İlhamə
Bizimyol.info