Azərbaycanlı məşhur BOŞANDI – FOTO

2190

Bah Tee ləqəbi ilə Rusiyada məşhur olan müğənni Bəxtiyar Əliyev həyat yoldaşı Fərqanə Həsənovadan boşanıb.

Publika.az xəbər verir ki, bu barədə azərbaycan əsilli müğənni özü instaqramda məlumat verib.

Uzun müddətdir ki, ifaçının boşanması barədə şayiələr dolaşırdı, lakin nə özü, nə də həyat yoldaşı heç bir münasibət bildirmirdi. Bütün bu söhbətlərdən bezən Bahh Tee açıqlama vermək qərarına gəlib. B.Əliyev İnstaqram səhifəsində şəxsi həyatının bəzi təfərrüatlarını açıqladığı bir video yayımlayıb:

“Ailə vəziyyətimlə bağlı ən çox verilən suala ilk və sonuncu dəfə cavab vermək istəyirəm. Heç kimlə rəsmi və ya qeyri-rəsmi münasibətdə deyiləm. Altı aydan çoxdur tək yaşayıram. Bir sözlə, mən tamamilə azad adamam. Hər kəsə xoşbəxtlik diləyirəm. Və demək istəyirəm ki, həyat davam edir”.

Xatırladaq ki, cütlük 2016-cı ildə Rusiyada evlənib. Boşanmanın səbəbləri məlum deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər