Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

2700

Şou-biznes əhlinin şəxsi həyatı cəmiyyətdə mütəmadi olaraq müzakirə olunan mövzulardan biridir. Düzdür, onlar şəxsi həyatları barədə mətbuata danışmağa bir o qədər maraqlı olmasalar da, vaxtaşırı olaraq bu məsələ ilə gündəmə gəlirlər.

Vaxtilə və hazırda məmur, biznesmenlərlə birgə nikahda olmuş müğənnilərlə bağlı kiçik araşdırmanı təqdim edir.

Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

Xalq artisti Aygün Kazımova indiyə qədər 2 dəfə ərdə olub. Müğənni həyat yoldaşı İlqar İbrahimov ilə olan bu fotonu, ailələli olduğu zaman çəkdirib. Qeyd edək ki, İlqar İbrahimov onun soyadından imtina edən İlqarə Kazımovanın atasıdır.

Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

Müğənni Röya Ayxan 2008-2014-cü illərdə biznesmen Anar Cəlilovla rəsmi nikahda olub. Paytaxtın əsas iaşə obyektlərindən biri – “Çudo Peçka” dükanlar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu və varisi olan Anarla Röya arasında münasibətlər sonradan bitib. Buna baxmayaraq, istər Anar, istərsə də Röya mətbuatda bir-birinin əleyhinə hər hansı mənfi fikir səsləndirməyiblər. Röya ilə ayrılandan sonra Anarın rəhbəri olduğu “Çudo Peçka” kredit borcu səbəbindən əvvəlcə “Bank Standart”ın nəzarətinə keçib, sonradan isə fəaliyyəti tamamilə dayanıb.

Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

Müğənni Ayan Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik, tanınmış idmançı Füzuli Musayevlə rəsmi nikahda olub. Bu nikahdan bir qız övladları dünyaya gələn cütlük sonradan yollarını ayırıblar. Mətbuata açıqlamasında Ayanla evli olmasını “həyatının ən böyük səhvi” adlandıran Fizuli Musayevin açıqlamasında Ayanın münasibəti özünü gecikdirməyib. “Qızımın anası də mənəm, atası da” deyən müğənni Fizulini ümumiyyətlə həyatından çıxardığını söyləyib.

Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

Tanınmış biznesledi Ruhi iki yəhudi şəriki ilə Rusiyanın “əmlak kralı” titulunu qazanan, adı “Forbes” jurnalının siyahısında yer alan milyarder İlham Rəhimovla rəsmi nikahda olub.

Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

Müğənni Aysel Teymurzadə pianoçu Murad Adıgözəlovla ailə qurub. Hazırda bu nikahdan iki oğlu, bir qızı olan cütlük mehriban şəraitində yaşayırlar. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Qızıl Xaç” ordeni ilə təltif olunub. Azərbaycanın görkəmli pianoçusu, professor Zöhrab Adıgözəlzadənin oğlu, görkəmli Azərbaycan yazıçısı İmran Qasımovun isə nəvəsidir.

Azərbaycanlı müğənnilərin məşhur ərləri: məmur, biznesmen, siyasətçi... (FOTOLAR)

Azərbaycanı 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni Səfurə Əlizadə sabiq energetika naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sabiq prezidenti Natiq Əliyevin biznesmen oğlu Fərhad Əliyevlə rəsmi nikahdadır. Cütlüyün İsgəndər adlı oğlu var. Bir müddət həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayan Səfurə qayınatasının vəfatından sonra birdəfəlik Bakıya dönüb. Deyilənə görə, Fərhad uzun müddətdir biznes fəaliyyəti ilə məşğul olur və bu sahədə böyük uğurlar qazanıb.  azxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər