Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI

1011

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ticarət dövriyyəsinin 4 milyard 472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyard 371milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.
Son üç ay ərzində pərakəndə ticarət şəbəkəsində satılan məhsullar:
– ərzaq məhsullarına 4 milyard 19,2 milyon manat (artım 2,7%)
– toxuculuq məhsulları, geyim və ayaqqabılarına 1 milyard 563,8 milyon manat (artım 3%)
– elektrik malları və mebellərə 525,7 milyon manat (artım 2,6%)
– avtomobil yanacağına 493,2 milyon manat (artım 1,9%)
– içkilər və tütün məmulatlarına 452,9 milyon manat (artım 1,2%)
– əczaçılıq və tibbi mallarına 110,5 milyon manat (artım 3,5%)
– kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 65,1 milyon manat (artım 2,9%)
Bu ilin ilk üç ayı ərzində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər