Azərbaycanlılar Xorvatiyaya asanlıqla gedəcəklər: Bu ölkənin ən görməli yerləri

1667

Cümə axşamı məlum oldu ki, Bakıda Xorvatiya səfirliyi açılacaq. Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirdi ki, yaxın vaxtlarda səfir təyinatı olacaq.

Oxu.Az xəbər verir ki, bu hadisə Azərbaycan vətəndaşlarının asanlıqla Xorvatiyaya viza alacağına dəlalət edir.

Xorvatiya Xarici İşlər Nazirliyinin rəsmi saytında bildiriblər ki, vizaların hazırlanması Xorvatiyanın bütün səfirliklərində müraciətdən 5-14 gün müddətinə həyata keçirilir (mövsümündən və səfirliyin yüklənməsindən asılı olaraq). Təcili vizaların hazırlanması da mümkündür (1-3 iş günü ərzində) – bu halda əlavə rüsum tələb edilir.

Səfirlik rüsumu 35 avrodur, təcili hazırlanma zamanı bu məbləğ 70 avro təşkil edir. Sənədlərin verilməsi zamanı viza mərkəzində əlavə olaraq 19 avro xidmət haqqı tutulur.  Viza almaqla Xorvatiyanın gözəlliklərinə baxmaq imkanı qazanılır.

İlk baxışdan vurulacağınız Xorvatiyada yerləşən 16 yeri təqdim edirik:

Hum

Город Хум в Хорватии

Dünyada ən balaca şəhər olan Hum Xorvatiyada yerləşir. 2011-ci ilin nəticələrinə əsasən, burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var.

Adriatik adası

Побережье Далмации, Хорватия

“Mənim geyinməyə heç nəyim yoxdur”, – Adriatik dənizinin Koversad adasının ziyarətçiləri üçün bu, problem deyil, Yeni çimərliklər Göy bayraqla qeyd edilib: bu o deməkdir ki, gün vannası qəbul etmək təmiz ekoloji şəraitdə mümkündür. Ümumiyyətlə, Xorvatiyanın Adriatik dənizinin adaları başqa aləmdir.

Tarixi sevənlər üçün Brion adalarında olmaq məsləhət görülür. Bu milli parkda eramızın I minilliyinə aid Roma tikililərinə rast gəlmək mümkündür.

Zadar

Инсталляция на набережной в Задаре, Хорватия

Zadar Xorvatiyanın ən qədim və gözəl şəhərlərindən biridir. Bu gözəlliyə görə arxitektor Nikol Başiçuya borcluyuq. Adriatik dənizinin sahillərində yerləşir. 2011-ci ildəki statistikaya görə, əhalisinin sayı 75 min nəfərdir.

Plitviçka Gölləri

Плитвицкие озера, Хорватия

Plitviçka Gölləri Milli Parkı Cənub-Şərqi Avropanın ən qədim milli parkı və Xorvatiyanın ən böyük parkıdır. 16 göldən ibarətdir. Bosniya və Herseqovina sərhədində yerləşən kalsium və əhəng daşından ibarət karst (aşınmaya qarşı müqavimətsiz, əhəng daşı kimi asan əriyə bilən qayalardan ibarət olan ərazi) dağ bölgəsindəki park 1949-ci ildə milli park elan edilib.

Göy, yaşıl, boz, mavi və başqa rənglərə dəyişən, fərqli rəngləri ilə möhtəşəm mənzərələr meydana gətirən 16 göldən meydana gəlib. Göllər bir-birindən təbii su anbarları ilə ayrılıb. Sudakı mineral və orqanizmlərin sıxlıq fərqlərinə və günəş işığının gücünə bağlı olaraq göllərin rəngləri davamlı olaraq dəyişir. Parkın bəzi bölgələri 700 illik küknar meşələri ilə örtülüdür. Bölgənin fauna və florası çox müxtəlifdir.

Xorvat mayakları 

Маяк в Хорватии

Bizlərdən kim mayakda yaşamaq istəməz? Xorvatiyada bu arzular yerinə yetir. 42 metrlik Veli Rat mayakı iki yüz illik tarixə malikdir.

Şimali Velebit

Заповедник Северный Велебит в Хорватии

Şimali Velebit – Xorvatiyanın ən gənc qoruğu Krkа kölgəsindəki milli parkdır. Vratnik magistral yolundan Sen şəhərinə doğru itir. Ən yüksək nöqtəsi Mali Rayinacdır. Hündürlüyü 1699 m-dir.

Riyeka

Карнавал в Риеке, Хорватия

Riyeka Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəridir. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhalisinin sayı 128 624 nəfərdir (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır.

Şəhər Riyeçina çayının mənsəbində yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə “çay” mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri liman, gəmiqayırma və turizmdir.

Vranjak mağarası 

Пещера

Xorvatiyaya getdiyiniz vaxt Splitdən 25 kilometr aralıda yerləşən Vranjak qoruğuna baş çəkmək lazımdır. Burada qədim mağaralar da var. Bu mağaralar 1903-cü ildə aşkar edilib.

Dubrovnik

Старый город в Дубровнике, Хорватия

Dubrovnik Dalmaçiya regionunda, Adriatik dənizinin sahilində yerləşən Xorvatiya şəhəridir. Bu şəhər Dubrovnik-Neretva qraflığının mərkəzi və dəniz limanı, Aralıq dənizi sahilində məşhur turizm mərkəzlərindən biridir. Şəhərin ümumi əhalisi 2011-ci il siyahıyaalmasına əsasən, 42,615 nəfərdir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib.

Dubrovnik şəhərinin inkişafı tarixən dəniz ticarəti əsasında qurulub. Dəniz respublikası Raqusanın paytaxtı kimi bu şəhər xüsusilə XV və XVI əsrlər ərzində inkişafının ən yüksək səviyyəsinə çatıb. Dubrovnik öz zənginliyi və bacarıqlı diplomatiyası ilə tanınıb.

Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub-saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir.

Ston

Related image

Ston şəhərciyi Dubrovnikdən 55 kilometr aralıda yerləşir. O, Böyük Xorvat Divarı ilə məşhurdur. Divar XIV əsrdə inşa edilib. Bu divar 41 qülləni özündə birləşdirir.

Motovun

Город Мотовун в Хорватии

Motovun şəhərində ümumilikdə min nəfər yaşayır. XII-XIII əsrlərdə salınıb. Adriaktik dənizindən 20-30 kilometr aralıda yerləşir. Dəniz səviyyəsindən 277 metr yüksəklikdədir. Əfsanəyə görə, Motovun şəhəri Veli Yeji pəhləvanı tərəfindən himayə olunub. Şəhərdə az sayda mehmanxana var. Ona görə də buraya gələn turistlər daha çox mənzil kirayələyirlər.

Şəhərin ikinci adı “Trofeylər paytaxtıdır”. Oktyabrdan bəri burada şirnilər festivalı keçirilir.

Xorvat Zaqoryesi

Мастерская по изготовлению игрушек, Хорватия

Xorvatiyanın paytaxtı Zaqrebdən şimalda yerləşən tarixi regiondur. Burada hazırlanan tarixi oyuncaqlar YUNESKO-nun Mədəni irsi siyahısına daxil edilib. Xorvatiyada bundan yaxşı suvenir tapmaq çətindir.

Ludbreq

Деревня в Хорватии

Ludbreq Xorvatiyanın şimalında Varajdin rayonunda şəhərdir. Burada hər il aprelin 1-də Dünyanın mərkəzi günü qeyd edilir: şəhərin hər bir sakini və qonağına piroq təklif edilir və buradakı fontandan su əvəzinə yerli çaxır axır.

Slavoniya

Винные бочки в Славонии, Хорватия

Xorvatiyanın şərq şəhəri Slavoniya Sava, Drava və Dunay çayı sahillərində yerləşir. Bu şəhər ölkənin taxıl anbarı sayılır. Buraya səfər edərkən çox sayda üzüm bağları ilə qarşılaşacaqsınız. Slavoniya öz çaxırı ilə məşhurdur.

Xorvatiya qalaları 

Замок Тракошчан в Хорватии

Xorvatiya tarixi ilə tanış olmaq üçün qalalarına baxmaq kifayətdir. Gizli sevgi səbəbindən edam olunan gözəl Veronika Desiniçin kabusunun gəzdiyi Böyük Tabor qalası XII əsrdə tikilib.

Pula

Амфитеатр в Пуле, Хорватия

Pula İstriya bölgəsinin ən böyük şəhəridir. Qədim Roma çağlarından bəri Pula İstrianın mərkəzi olub. Şəhərin əhəmiyyətli iqtisadi fəaliyyət sahələri şərabçılıq, balıqçılıq, gəmi tikintisi və turizmdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər