Bakıdakı turizm operatorları cari yayda ölkə xaricinə yollanmaq üçün tələbatın artacağını proqnozlaşdırırlar. Hər gün çox sayda insan tur paketlərlə bağlı informasiya almaq üçün müraciət edir.
Bununla bağlı Oxu.Az-a paytaxtın turizm şirkətlərindən birinin direktoru İlahə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, azərbaycanlıların istirahət üçün ən çox seçdiyi şəhərlər bunlardır:
– Antalya (Türkiyə)
– Praqa (Çexiya)
– Bodrum (Türkiyə)
– Karlovı Varı (Çexiya)
– Marmaris (Türkiyə)
– Varna (Bolqarıstan)
Bu yay azərbaycanlılar Almaniya, İspaniya, Portuqaliya kimi Avropa ölkələrinə olan turistik marşrutları seçiblər.
Yaxınlıqda yerləşən ölkələrə gəlincə isə, Azərbaycandan olan turistlərin böyük qismi Gürcüstan və Qazaxıstana gedəcəklər.
“Həmçinin, Yesuntiki və Truskavets sanatoriyalarına tur paketlərə bu il böyük ehtiyac var.
Yay dövründə azərbaycanlılar arasında məşhur olmayan şəhər kimi Dubayı göstərmək olar. İl boyu bu şəhərə tələbat yüksək olur, ancaq yayda bura gedənlər çox azdır”, – müsahib bildirib.
Məmmədova qeyd edib ki, Rusiyada keçirilən dünya çempionatına görə bu ölkənin müxtəlif şəhərlərinə avia biletlər üçün defisitlər mövcuddur.