“Azercell” Cüdo Federasiyası ilə “Doğru yol budur” layihəsinə start verir – Video

565

“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. “Doğru yol budur” sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.

Azercell gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədilə onları cüdoçular sırasına qoşulmağa çağırır. Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən gənclər 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı əldə edəcəklər.

Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film də çəkilib. Rejissor Emil Quliyevin ərsəyə gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini təsvir edir.

“Doğru yol budur” kampaniyası çərşivəsində şəhərin müxtəlif nöqtələrində yer alacağı posterlərdə də eyni konsepsiya davam etdirilib. Belə ki, posterlərdə yer almış real insanların misallarında narkotikin dağıdıcı fəsadları, eyni zamanda idman və sağlam həyat tərzinin pozitiv təsiri öz əksini tapıb.

Xatırladaq ki, daha öncə “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı layihə çərçivəsində qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlmiş “Qızlara ağ yaraşır”, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunan “Söz verirəm” sosial kampaniyaları həyata keçirilib.

 



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər