“Azərikimya” İB-də daha bir teplovoz istismara verildi

764

“Azərikimya” İB-nin mətbuat xidmətindən sumqayitxeber.com saytına verilən məlumata görə  müəssisələrə gətirilən xammal və reagentlərin, həmçinin sex və istehsalat sahələrindən istehlakçılara göndərilən kimyəvi məhsulların daşınmasında dəmiryolu mühüm əhəmiyyət kəsb edən nəqliyyat növüdür. Buna görə də Birlikdə teplovozların təmiri daim diqqət mərkəzindədir. Bir müddət əvvəl kimyaçıların istifadəsində olan teplovozlardan biri əsaslı təmir olunaraq Etilen-polietilen zavodunun dalan dəmir yollarında işləmək üçün istismara verilmişdi. Dekabrın 8-də isə daha bir teplovoz əsaslı təmirdən sonra xəttə buraxılmışdır. Bununla da Birliyin balansında olan 6 teplovoz tam işlək vəziyyətə gətirilmişdir. Hazırda digər teplovozların əsaslı təmiri üçün hazırlıq işləri görülür. İlin sonunadək daha iki teplovozun əsaslı təmir olunması nəzərdə tutulub. Bununla yanaşı, müəssisələrin dalan dəmiryollarında təmir-bərpa işləri aparılır, Birliyin balansındakı dəmiryol çənlərinin təmizlənməsi, təmiri və onlara müasir görkəm verilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Hazırda Birliyin balansında olan 370-dən artıq dəmiryol çəninin hamısı artıq Azərbaycan Dəmiryolları QSC-nin Dəmiryolları İdarəsinin Məlumat-hesablama Mərkəzində qeydiyyatdan keçirilmişdir. Onların MDB və Baltikyanı ölkələrin dəmiryolu xətlərində işləməsi üçün icazə alınmışdır. Qeyd edək ki, dəmir yollarında təmir-bərpa işləri Birliyin daxili imkanları hesabına aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər