«Azərikimya» İstehsalat Birliyinin akt zalında «Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi» (SƏTƏM) Proqramının 2011-ci ilin oktyabr ayından bəri muxtəlif sahələr üzrə reallaşdırılan layihələrin təqdimat mərasimlərinin yekunu olaraq geniş tədbir keçirilmiş, ötən dövr ərzində Birlik müəssisələrində bu istiqamətdə aparılan məqsədyönlü işlərlə bağlı hərtərəfli fikir mübadiləsi aparılmışdır.
Son 7 ay ərzində «Azərikimya» İB-də “Risqlərin təyini və qiymətləndirilməsi”, “Yüksəklikdə görülən işlər”, “Yükqaldırma əməliyyatları”, “Sənaye yük maşınları”, “Qapalı sahələrə giriş”, “Elektrik təhlükəsizliyi”, “Nəqliyyatda işin təhlükəsiz qurulması”, “Ofis işinin təhlükəsiz təşkili” və s. mövzular üzrə 14 layihənin təqdimatı keçirilmiş, bu tədbirlərdə ümumilikdə Birliyin 5 mindən artıq kimyaçısı arasında maarifləndirmə işi aparılmışdır.