«Azərikimya» İB -də Milli Qurtuluş gününə həsr olunmuş tədbirlər keçirilib

796

«Azərikimya» İstehsalat Birliyinin Baş ofisində15 iyun – Milli Qurtuluş gününə, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycan hakimiyyətinə qayıdaraq, Vətənin qüdrətli bir oğlu kimi xilaskarlıq missiyasını yerinə yetirməyə başladığı tarixi günə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın çox ağır və faciəli günlər keçirərək, bir dövlət kimi dağılmağa doğru getdiyi dövrdə xalqın təkidli tələbi və xahişi ilə Bakıya qayıtdığı, daim ümid yeri olduğu doğma xalqının taleyüklü, ölkə əhəmiyyətli böyük və çox ağır bir problemi öz üzərinə götürdüyü həmin tarixi günü xatırlayaraq, dahi rəhbərin dünya şöhrətli bir siyasətçi kimi Azərbaycanı baş verə biləcək fəlakətlərdən müdrikcəsinə, böyük siyasi iradə və qətiyyət göstərərək qurtara  bilməsindən, onun təşəbbüsü ilə «Əsrin kontraktı»nın və digər beynəlxalq əhəmiyyətli layihələrin reallaşması nəticəsində Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artmasından və s. geniş söhbət açmışdır.

Çıxış edənlər – YAP-ın Sumqayıt şəhər təşkilatının böyük məsləhətçisi Vəzirxan Ənsərov, «Azərikimya» İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və Birliyin şöbə rəisi Mehman Behbudov belə bir ümumi fikri ifadə etmişlər ki, əgər 18 il əvvəl Ulu öndər yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycan əsrlər boyu və XX əsrin əvvəlində olduğu kimi parçalanmağa məruz qalar və müstəqil bir dövlət kimi tarixin səhifəsindən silinə bilərdi. Uzaqgörən bir siyasətçi kimi Zaqafqaziyada törədilən hadi­sələrin məhz bu məcraya – Azərbaycana qarşı  yönəldiyini hələ 1988-ci ilin Sumqayıt hadisələrindən və daha sonra 1990-cı ilin yanvar faciəsindən bütün aydınlığı ilə başa düşərək, bunu vətənpərvər bir azərbaycanlı kimi ürək ağrısı ilə qarşılayan Hey­dər Əliyev öz böyük müdrikliyi ilə yaxşı bilirdi ki, onun müdaxiləsi, bilavasitə rəh­bərliyi olmadan Azərbaycan düçar olduğu siyasi uçurumdan qətiyyən çıxa bilməyəcək.

Milli Qurtuluş gününə həsr olunmuş tədbirlər Birliyin Səthi aktiv maddələr, Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, idarə və istehsalat sahələrində də keçirilmişdir.

Tədbirlər silsiləsi axşamüstü «Kimyaçı» Mədəniyyət sarayı qarşısındakı geniş meydanda Birlik müəssisələri əməkçilərinin, eləcə də bütün sumqayıtlıların iştirak etdiyi geniş konsert proqramı ilə başa çatmışdır.

Dünən isə Birliyin nümayəndələri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin Sumqayıtın mərkəzində ucalan əzəmətli abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər